Bu ilin 27-28 fevral tarixlərində Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı, turizm potensialı, turizm-xidmət sahələrinin müasir vəziyyəti ilə yaxından tanış olmaq məqsədilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərlərinin ölkəmizin Ağdam rayonuna və Naftalan şəhərinə səfərləri həyata keçirilir.
XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-ə yaxın nümayəndəsi iştirak edir.
Səfər çərçivəsində xarici diplomatların Ağdam rayonunda fəaliyyət göstərən muzey, müəssisə, mərkəzlər, o cümlədən “Ağdam Xalçaçılıq” müəssisəsi, “Qarabağ Atçılıq” kompleksi, “Muğam Mərkəzi”, “”Bayraq Muzeyi”, eləcə də “Bənövşələr” qəsəbəsi ilə tanış olması, növbəti gün isə Naftalan şəhərinin turizm potensialı ilə yaxında tanışlığı nəzərdə tutulur.