Bakıda xəstəxanaların birində ana və bətnindəki körpə ölüb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünyasını dəyişən şəxs Ucar rayon Lək kənd sakini, 1984-cü il təvəllüdlü Aynur Tərlan qızı Abbasovadır. O, ötən gecə qeysəriyyə əməliyyatı olub. Əməliyyatdan sonra körpə və ana ölüb.
A. Abbasova Lək 2 nömrəli məktəbdə ingilis dili müəlliməsi işləyirdi.
Qeyd edək ki, onlar bu gün Lək kəndində dəfn ediləcək.