Ticarət mərkəzindən qızıl oğurlayan qadın tutuldu

10:59 - 27 Fevral 2019 - HADİSƏ

Ticarət mərkəzini talan edən qadın cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə məhkum olunan Şahsuvarova Aygün Xaliq qızının məhkəmə prosesi aprel ayının 16-da hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, 2016-cı il martın 1-dən 12-dək olan müddətdə paytaxtın Nizami rayonu ərazisindəki ticarət mərkəzlərindən birində, orada işləyənlər - Bakı şəhər sakinləri H.Əlizadəyə, R.Xəlilovaya və A.Ağazadəyə məxsus qızıl əşyalar oğurlanıb.

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakini, əvvəllər oğurluq etdiyinə görə dəfələrlə məhkum olunmuş Aygün Şahsuvarova tutulub.olke.az

Xəbər xətti