Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əzizağa Bünyatovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Bünyatov 3 il azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çiçək küçəsində 1960-cı il təvəllüdlü Bünyatov Əzizağa Əlimürsəl oğlu mübahisə zəminində qonşusu, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğluna bir neçə bıçaq xəsarəti yetirib. Yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə aparılıb, onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxs saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi açılıb və rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. trend