Nahidə Orucova onu tənqid edənlərə Cavab Verdi - Video

23:05 - 26 Fevral 2019 - Xəbər

Bu gün Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş yürüşdə gülərək selfi çəkdirən əməkdar artist Nahidə Orucova ona ünvanlanmış tənqidlərə cavab verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aktrisa bu hərəkətində hər hansı qəbahət olmadığını bildirib:
“O yürüşdə hər kəs şəkil çəkdirib paylaşırdı. Amma mən bir şeyi başa düşə bilmədim: mən nə etmişəm axı? Nə qəbahət iş görmüşəm ki, qınaq obyektinə çevrilib?

Şəxsiyyətimə qara yaxırlar. Ayıbdır, ucuz reytinqdən əl çəkin! İnsan həyatı oyuncaq deyil. Mən Nahidə Orucova olmağımı xalqıma və dövlətimə öz işimlə göstərmişəm. Xalqımın, dövlətimin sevgisini qazanmışam ki, bu gün də Respublikanın Əməkdar Artisti adını şərəflə və hörmətlə daşıyıram”.

Xəbər xətti