Azərbaycana məxsus təyyarə Rusiya aeroportunda zolaqdan kənara çıxıb

16:19 - 26 Fevral 2019 - Xəbər

Azərbaycanın “Silk Way Business Aviation” şirkətinə məxsus sərnişin təyyarəsi Rusiyanın paytaxtı Moskvada yerləşən Şeremetyevo hava limanına enərkən qarlı zolaqdan kənara çıxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”a şirkətdən bildirilib. Məlumata görə, təyyarənin göyərtəsində üç nəfər olub və onların heç biri xəsarət almayıb. Təyyarəyə də ziyan dəyməyib. 

Xəbər xətti