Misirli deputatlar Xocalı faciəsi ilə bağlı bəyanat yayıblar

16:06 - 26 Fevral 2019 - Xəbər

Bu gün Xocalı faciəsi qurbanlarının xatirəsi tək Azərbaycanda deyil, sərhədlərimizdən uzaqlarda da anılır, xarici ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimləri də Azərbaycan xalqının acısını bölüşürlər.

Misir Nümayəndələr Məclisinin Misir-Azərbaycan dostluq qrupunun rəhbəri professor Usəma əl-Abd qrup üzvlərinin adından Xocalı faciəsi ilə bağlı bəyanat imzalayaraq Azərbaycan-Misir Parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili, akademik Gövhər Baxşəliyevaya göndərib.

Bəyanatda deyilir:
“Biz 26 fevral 1992-ci il xatirə gününün ağrısı-acısını sizinlə bölüşür və qanuni hüquqlarınızın tanınmasında sizinlə həmrəy olduğumuzu bildiririk. Ümid edirik ki, sizin problem beynəlxalq qanunun  qayda və prinsiplərinə və BMT Nizamnaməsinə tam uyğun  şəkildə dünya ictimaiyyəti tərəfindən siyasi və qanuni, ədalətli qiymətini tapacaq”.

Xəbər xətti