Bakıda 2 yaşlı uşaq dəm qazından boğulub öldü

15:55 - 26 Fevral 2019 - HADİSƏ

Bakıda azyaşlı dəm qazından boğulub.

Hadisə paytaxtın Xətai rayonu, R.Quliyev küçəsi, ev 25a ünvanında baş verib. Həmin ünvanda yaşayan, 2017-ci il təvəllüdlü Verdiyev Nurlan Xaliq oğlu evin yataq otağına qaz sızması nəticəsində dəm qazından boğulub ölüb.

Həmin vaxt uşağın valideynlərinin də otaqda olmasına baxmayaraq, onların sağlamlığına zərər dəyməyib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırmalar aparılır./trend

 

Xəbər xətti