Əməkdar artisti Xocalı abidəsində gülərək selfi çəkdirdi - Foto

15:30 - 26 Fevral 2019 - Xəbər

Əməkdar artist Nahidə Orucova sosial şəbəkədə müzakirələrə səbəb olan fotolar paylaşıb.

Tanınmış aktrisa bu gün Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş yürüşdən fotolar çəkdirərək instaqram səhifəsində yayıb. Fotolarda əməkdar incəsənət xadimi Sərdar Fərəcov, rejissor Hafiz Quliyev, xalq artistləri İlham Namiq Kamal, Sabir Məmmədov da yer alıb. N. Orucovanın isə gülərək selfi etməsi diqqətdən yayınmayıb. 

Əksər instaqram istifadəçiləri aktrisanın bu addımının xoş olmadığını qeyd edərək onu tənqid ediblər.  qafqazinfo


Xəbər xətti