AFFA "Qarabağ"ı cərimələyib

14:08 - 26 Fevral 2019 - Xəbər

 AFFA İntizam Komitəsi növbəti iclasında Azərbaycan I Divizionunda çıxış edən klubların yol verdikləri səhvlərə görə cəzalarını açıqlayıb. 

 XVI turda “Şüvəlan” – “Qarabağ-2” matçının ikinci hissəsi qonaq komandanın yubanması səbəbindən 4 dəqiqə gec başlayıb. Bu səbəbdən, Ağdam təmsilçisi 80 manat cərimələnib.
Həmin tur “Neftç-2” ilə ev oyununda lazimi inventarlar olmadığından, "Turan Tovuz"a 160 manatlıq cərimə kəsilib.

“Qaradağ Lökbatan” komandası “Sabah -2” ilə səfər qarşılaşmasında ilkin protokolu gec təqdim edib. Bu səbəbdən, klub 80 manat məbləğində cəzalandırılıb.
“Kəpəz” – “Zaqatala” matçından əvvəl iclasda qonaq komandanın nümayəndəsi iştirak etməyib. Bu səbəbdən, “Zaqatala” klubu 80 manat cərimələnib. 

Xəbər xətti