Ramil Usubov Ziya Məmmədovun qardaşı oğlunu işdən şıxardı

12:20 - 26 Fevral 2019 - Xəbər

Daxili İşlər Nazirliyinin (DİN) yüksək rütbəli əməkdaşı işdən çıxarılıb.

Ucnoqta.az ONA.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Fuad Məmmədli tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Qeyd edək ki, Fuad Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.

Xəbər xətti