Rusiyanın Orenburq vilayətində 2-si uşaq, biri böyük olmaqla 3 nəfər qripdən dünyasını dəyişib.
Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin regional şöbəsinin məlumatında bildirilir. Qeyd edilir ki, yoluxma halları və ağırlaşmasına Orenburq, Orsk və Sol-İlets şəhərlərində qeydə alınıb. "İki nəfər uşaq və bir nəfər yaşlı insan ölüb. Ölümə səbəb xəstəliyin ağırlaşması və həkimə gec müraciət etmələri olub. Adamlar özlərini müalicə ediblər"- deyə məlumatda bildrilir.
Səhiyyə Nazirliyinin məlumatına görə, əyalətdə qripə yoluxma dərəcəsi yüksək olaraq qalır. Tibb heyəti gücləndirilmiş rejimdə işləyir.