İspaniya La Liqasının 25-ci turunun mərkəzi görüşündə “Sevilya” dogma meydanda “Barselona”nı qəbul edib.
Matç 2:4 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Oyunda hesabı Xesus Navas 22-ci dəqiqədə açıb. Lakin 4 dəqiqə sonra Messi hesabı bərabərləşdirib. 42-ci dəqiqədə müdafiəçi Merkado yenidən “Sevilya”nı yenidən hesabda irəli çıxarıb.
İkinci hissədə 67-ci dəqiqədə Messi yenidən hesaba tarazlıq gətirib. 85-ci dəqiqədə Messi het-trik edərək komandasını hesabda irəli çıxarıb. 93-cü dəqiqədə isə Suares matçda son nöqtəni qoyub.
Bununla da, “Barselona” 57 xalla birinci, “Sevilya” isə 37 xalla 5-ci pillədə qərarlaşıb.