Qadın məhkum ərinə narkotik keçirmək istədi

12:27 - 23 Fevral 2019 - Xəbər

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələrinə əsasən 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəlilzadə Ramil Pərviz oğlu ilə uzunmüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini Xəlilzadə Mahirə Vüqar qızının əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 0,206 qram “Heroin”” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



 

Xəbər xətti