FIFA-dan "Çelsi"yə ağır cəza

14:26 - 22 Fevral 2019 - İDMAN

FIFA İngiltənin "Çelsi" klubuna transfer qadağası qoyub. 

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçi növbəti iki transfer pəncərəsində yeni oyunçu qeydiyyatdan keçirə bilməyəcək. Cəza 2019-2020-ci il mövsümünün sonunadək qüvvədə olacaq.
Klubun yetkinlik yaşına çatmayan 29 futbolçu transfer etməklə və oyunçu qeydiyyatı ilə bağlı digər tələbləri pozduğu müəyyənləşib.

Londonlular həmçinin 600 min İsveçrə frankı məbləğində cərimələnib. Problemin yoluna qoyulması üçün "Çelsi"yə 90 gün vaxt verilib. Bundan başqa klub azyaşlılara qarşı münasibətdə qaydaları pozması səbəbindən 510 min frank cərimələnib və ona vəziyyəti tənzimləmək üçün 6 ay vaxt verilib. 

Xəbər xətti