Xalq artisti Könül Kərimovanın "Gülyanaq Məmmədova xanım atasının 40-ı çıxmamış mənim yubiley gecəmdə oxudu" açıqlamasına qarşı tərəf cavab verib.
Ucnoqta.az xəbər verir ki, Gülyanaq Məmmədova "Ölkə.Az"a açıqlamasında deyib:
"Atamın qırxı çıxmışdı, sadəcə, həmin ərəfədə əmim də rəhmətə getdi. Əmim vəfat edəndə atamın qırxı çıxmamışdı. Könül xanımı Mətanət Əsədovanın ad günündə oxuduğuna görə nahaq tənqid edirlər. Çünki Mətanət onun balasının xeyir işində o qədər ürəklə iştirak edirdi ki... Mən onun şahidi olmuşam. Burada maddiyyat rol oynamır. İnsan insana mənəvi olaraq borcludur. Maddiyyatı ödəmək olur, mənəvi borc başqa şeydir.
Guya kim öləni geri qaytara bilir ki? Atamın ili martın 5-də çıxacaq, amma toylara getdim. Bu bizim işimizdir, dolanışığımız burdan çıxır. Atam xeyli ömür yaşadı, balalarının çiynində o dünyaya getdi və demişdi ki, mənə yas tutmayın. Bəs qəzada cavan yaşda ölənlərimizin, şəhidlərimizin ailələri nə etsin? Düzdür, valideynin yaşı olmur. Amma Könül də uzun illərdir əziyyət çəkir. İstəməzdim ki, belə şeylərə görə tənqid olunsun. Hazırda yoldayam, Könülün atasının qırxına gedirəm".
Qeyd edək ki, Könül Xasıyeva Mətanət Əsədovanın doğum günündə oxuduğuna görə tənqid edilib.