"Mançester Siti"dən əzmkar qələbə

08:43 - 21 Fevral 2019 - İDMAN

Bu gecə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmalarına yekun vurulub.

Son oyun günündə də 2 matç keçirilib. "Yuventus" səfərdə "Atletiko"nun qonağı olub. Görüş Madrid klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Paralel keçirilən digər oyunda isə "Mançester Siti" "Şalke"nin qonağı olub. Matçda hesabı "şəhərlilər" açsa da, meydan sahibləri fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb. İkinci hissədə meydanda azlıqda qalan Xosep Qvardiolanın komandası özünü itirməyib. 85 və 90-cı dəqiqələrdə rəqib qapısına yol tapan qonaqlar əzmkar qələbə qazanıb - 3:2. 

Çempionlar Liqası, 1/8 final mərhələsinin ilk oyunları
20 fevral

00:00. "Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 2:3 
Qollar: Serxio Aquero, 18 (0:1), Nabil Bentaleb, 38-pen. (1:1), 45-pen. (2:1), Leroy Sane, 85 (2:2), Rahim Sterlinq, 90 (2:3)
Qırmızı vərəqə: Nikolas Otamendi, 68 ("Mançester Siti", ikinci sarı vərəqə)

00:00. "Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya) - 2:0
Qollar: Xose Ximenes, 78, Dieqo Qodin, 83
qol.az

Xəbər xətti