Zaqatala rayonunda bir yaşlı körpə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, fevralın 18-dən 19-a keçən gecə rayonun Muğanlı kənd sakini, 1 yaş iki aylıq Dəniz Xəyyar qızı Qurbanəliyeva qapalı kəllə-beyin travması xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub.
Müayinə zamanı D.Qurbanəliyevanın yaşadığı ünvanda uşaq çarpayısından yıxılaraq xəsarət aldığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.