"İstanbula sevgilimi görməyə getdim" - Oksana

18:12 - 17 Fevral 2019 - MAQAZİN

Hamiləlik vaxtı 30 kiloqram artıq çəki almışdım. İndi 25 kiloqram çəki atmışam.

Ucnoqta.az axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Oksana Rəsulova "X maqazin" verilişində deyib. Əvvəlki çəkisinə qayıtmağa çalışan sənətçi bildirib ki, 5 kiloqram da arıqlayacaq.
Oksana oğlu Osmanın atasından bəhs edib. O bildirib ki, İstanbula getməsinin səbəbi də sevgilisini görmək olub:

"Mənim üçün Sevgililər günündə ən gözəl hədiyyə sevgilimi görmək idi. Getdim İstanbulda onu gördüm və gəldim. Hər ay Bakıya gəlir, amma bu dəfə gələ bilmədi. Əvəzində mən getdim gördüm".

Qeyd edək ki, Oksana oğlunun atasının İstanbulda yaşadığını bildirib. O, həyat yoldaşının azərbaycanlı olduğunu, Türkiyədə çalışdığını açıqlayıb.

Xəbər xətti