Azərbaycanın axtarışa verdiyi şəxs Gürcüstanda tutulub
09:35 - 16 Fevral 2019 - HADİSƏ
Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs tutulub.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 206-cı (Qaçaqmalçılıq) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan 35 yaşlı Ramiz Rüstəmov Gürcüstanda saxlanılıb.
Onun Azərbaycana ekstradisiyası üçün iş aparılır.
Trend