Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Könüllü kəndində baş verib. 1993-cü il təvəllüdlü Kənan Qərib oğlu Məmmədov tanışı ilə mübahisə zamanı 2 bıçaq yarası alıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, K.Məmmədovun da mübahisə etdiyi şəxsə xəsarət yetirdiyi bildirilir. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.