Hacıqabul rayon sakinindən qanunsuz silah-sursat götürülüb.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, fevralın 13-də DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yol Nəqliyyatında Polis İdarəsi Yevlax xətt stansiyası polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayon sakini Əli Zülfüqarov qanunsuz silah-sursatla saxlanılıb.
Onun üzərinə şəxsi baxış keçirilən zaman qanunsuz olaraq saxladığı 1 ədəd 7.62 kalibrli “Kalaşnikov” avtomatı, 2 ədəd sandıq və 7.62 kalibrli 60 ədəd döyüş patronları aşkar edilərək götürülüb.
Götürülmüş silah-sursat maddi sübut kimi ekspertizaya təqdim olunub.
Faktla bağlı cinayət işi başlanılıb.