XİN başçısı Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya işgüzar səfərə yola düşüb. Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, məqsəd bu ilin 15-17 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etməkdir.
Səfər çərçivəsində xarici işlər nazirinin 55-ci Münhen Təhlükəsizlik Konfransında iştirakı ilə yanaşı, bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.