Bərdədə piyada ölümünə səbəb olan sürücü saxlanılıb

11:40 - 14 Fevral 2019 - HADİSƏ

Hadisə barəsində Rayon Polis Şöbəsinə məlumat verilməyib

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, ötən ilin noyabr ayında Tərtər rayon sakini Etibar Hacıyev idarə etdiyi “QAZel” markalı avtomaşınla Bərdə rayonu Qarağacı kəndi ərazisində yolu keçmək istəyən Əmrah Məstanovu ehtiyatsızlıqdan vurub.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, hadisə barəsində Rayon Polis Şöbəsinə məlumat verilməyib. Yaralı bir müddət müalicə aldıqdan sonra dekabrın 31-də yaşadığı evdə ölüb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Etibar Hacıyev saxlanılıb. İlkin dindirilmə zamanı o hadisəni ehtiyatsızlıqdan törətdiyini etiraf edib.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər xətti