"Ayaks"ın Realın qapısına vurduğu qol ləğv edilib
Futbol üzrə Çempionlar Liqasında ilk dəfə VAR sistemi tətbiq olunub. Bu, "Ayaks" və "Real" arasında keçirilən 1/8 final oyununa (1:2) təsadüf edib.
Matçın 37-ci dəqiqəsində "Ayaks" qonaqların qapısına qol vurub. Künc zərbəsindən sonra "Real"ın qapıçısı Tibo Kurtua üzərinə gələn topu qaytarıb, lakin "Ayaks"ın müdafiəçisi Nikolas Talyafiko baş zərbəsi ilə topu tora göndərib. Bununla belə qol qeydə alınmayıb. Sloveniyalı hakim Dario Skomina videotəkrara baxdıqdan sonra amsterdamlıların ofsaydda olan forvardı Duşan Tadiçin Kurtuaya mane olduğunu hesab edib.
Hazırkı turnirdə VAR-dan "play-off"un ilk mərhələsində istifadəsinə başlanması qərara alınıb. Daha əvvəl keçirilən oyunlarda VAR-dan istifadəyə zərurət yaranmayıb.report