Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, rayonun Qızılhacılı kəndində 8 yaşlı R.Məmmədovu avtomobil vurub. Yaralı, sürücü tərəfindən xəstəxanaya aparılıb. Tibbi yardım göstərilən uşağın vəziyyəti hazırda normaldır.
Faktla bağlı araşdırma aparılır.