Siyəzən rayonunda intihar hadisəsi baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Məşrif kəndində qeydə alınıb. Kənd sakini, 1979-il təvəllüdlü Məkan Əliyev özünü yaşadığı evinin eyvanında asıb.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.