"Roma"nın futbolçusu Çingiz Ünder Avropa nəhənglərinin diqqət mərkəzindədi.
Ucnoqtaz fanat.az-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçunu "Arsenal" və "Bavariya" heyətinə qatmaq istəyir. İddialara görə, hər iki klub Türkiyə millisinin üzvü üçün italyanlara 50 milyon avro təklif edir. Bu transfer baş tutsa, Çingiz Ünder ən bahalı türk futbolçu kimi tarixə düşəcək.
Bu arada "Roma" türk futbolçunun müqaviləsini artırmaq qərarına gəlib. Paytaxt təmsilçisi yeni müqavilədə hücumçunun maaşını 1 milyon avrodan 3 milyona qaldırmaq niyyətindədi.
Qeyd edək ki, "Roma" Çingiz Ünderi 2017-ci ilin yayında "Başakşəhər"dən 13,4 milyon avroya alıb. Hazırda "Transfermarkt"ın 35 milyon avro qiymət qoyduğu futbolçu cari mövsümdə oynadığı 25 rəsmi matçda 6 qol vurub və 9 məhsuldar ötürmə edib.