Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.
"Kapital Bank Arena"da "Sumqayıt" komandası "Qarabağ"ı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları 20-ci dəqiqədə Filip Ozobiç, 81-ci dəqiqədə isə Bədavi Hüseynov vurub.
Ağdam komandası bu qələbə sayəsində xallarının sayını 34-ə çatdırıb və birinci yerdə gedən "Neftçi" ilə xallarını bərabərləşdirib. Günün ilk qarşılaşmasında "Qəbələ" "Sabah" üzərində səfər qələbəsi qazanıb.report