Cazibədar aktrisa Çimnaz Sultanova "Hər şey daxil"də cəsarətli açıqlamaları ilə diqqət çəkib.
Ucnoqta.az Milli.Az-a istinadən xəbər verir ki, prodüser-aparıcı Tarix (Tolik) Əliyev aktrisaya "Çimnaz xanımın sevgisini qazanmaq üçün bəylər nə etməlidirlər?" sualı ilə müraciət edib. Aktrisa Tolikin sualına Aygün Kazımovanın "Kişilər" mahnısı ilə cavab verib:
"Kişilər, kişilər, kişilər, kişilər ...
Kişilər başıma bir bəla oldu,
Xoşuma gəlməyə çalışanı yox.
Kişilər başıma bir bəla oldu,
Neyləyim, özümə yaraşanı yox".
Boyunun 1.75 olduğunu söyləyən aktrisa həyatında olacaq şəxsin hündür olmasının vacibliyinə diqqət yönəldib.
Xatırladaq ki, "Vicdan haqqı" serialının Larisası Çimnaz Sultanova açıqlamalarının birində bəzi xanımların onun paxıllığını çəkdiyini söyləmişdi:
"Etikanın nə olduğunu bilməyən xanımlar geyim və duş otağında gizli şəklimi çəkməyə çalışırlar. Ümumiyyətlə, hər yerdə gizli şəklimi çəkmək istəyən şərəfsizlər var".
Qeyd edək ki, aktrisanın çılpaq fotosunun çəkildiyi barədə iddialar səsləndirilir.