"Venesuela hökuməti Avropanın bir sıra ölkələrinin müxalifət lideri Xuan Quaydonu ölkənin müvəqqəti prezidenti kimi tanımasına baxmayaraq, "köhnə qitə"nin nümayəndələri ilə əlaqələri kəsmək niyyətində deyil".
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri Xorge Arreasa "RadioyTelevisiónEspañola"ya müsahibəsində bildirib. "Biz hər zaman Avropa investisiyalarına böyük əhəmiyyət vermişik. Münasibətləri pozmaq səhv addım olardı. Əlaqələri kəsməyəcəyik", - diplomat deyib.
Onun sözlərinə görə, rəsmi Karakas Avropa İttifaqının Venesuelada baş verən böhrana cavab olaraq, belə addımlar atmasından təəccüblənməyib. X.Arreasa növbəti dəfə Venesuelanın ABŞ-ı dövlət çevrilişinin səbəbkarı hesab etdiyini vurğulayıb.
XİN başçısı söyləyib ki, Venesuela hər zaman hər cür yardıma və vasitəçiliyə açıqdır.