Ucnoqta.az
www.ucnoqta.az

Venesuela Xuan Quaydoya görə Avropa İttifaqı ölkələri ilə əlaqələri kəsməyəcək

18:15 - 6 Fevral 2019 tarixində dərc olunub.

"Venesuela hökuməti Avropanın bir sıra ölkələrinin müxalifət lideri Xuan Quaydonu ölkənin müvəqqəti prezidenti kimi tanımasına baxmayaraq, "köhnə qitə"nin nümayəndələri ilə əlaqələri kəsmək niyyətində deyil".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri Xorge Arreasa "RadioyTelevisiónEspañola"ya müsahibəsində bildirib. "Biz hər zaman Avropa investisiyalarına böyük əhəmiyyət vermişik. Münasibətləri pozmaq səhv addım olardı. Əlaqələri kəsməyəcəyik", - diplomat deyib.

Onun sözlərinə görə, rəsmi Karakas Avropa İttifaqının Venesuelada baş verən böhrana cavab olaraq, belə addımlar atmasından təəccüblənməyib. X.Arreasa növbəti dəfə Venesuelanın ABŞ-ı dövlət çevrilişinin səbəbkarı hesab etdiyini vurğulayıb.

XİN başçısı söyləyib ki, Venesuela hər zaman hər cür yardıma və vasitəçiliyə açıqdır.

Müəllif: