AFFA Əsəd Kərimova bir illik cəza verib
AFFA İntizam Komitəsi U-15 liqasının XIV turunda keçirilmiş "Xilə" - "Keşlə" matçında baş verənlərlə bağlı qərar çıxarıb. Ucnoqta.az AFFA-ya istinadən xəbər verir ki, “Xilə”nin məşqçisi Əsəd Kərimov hakimlər briqadasının otağına daxil olaraq hakimləri təhqir edib və onlara qarşı fiziki təzyiq göstərib. Bunun üçün Kərimova bir illik cəza verilib.
Region Liqasında isə “Füzuli” klubunun inzibatçısı Ramil Məmmədov "Araz"la matçda hakimi təhqir etdiyi üçün 5 oyun cəzalanıb.
Futzal üzrə Azərbaycan İkinci Liqasında “Xəzər Astara”nın oyunçusu Əfsər Hümbətov “Star Karqo” ilə qarşılaşmada öz komanda yoldaşını təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb və ona 3 oyunluq cəza verilib.