Messi zədə səbəbindən “Real” ilə oyunu buraxa bilər

16:25 - 3 Fevral 2019 - İDMAN

“Barselona” futbol klubunun kapitanı Lionel Messi “Valensiya” ilə 2:2 başa çatan oyun zamanı bud nahiyəsindən zərbə alıb.

Həkimlər meydançadan kənarda ona tibbi yardım göstərdikdən sonra, Messi yenidən matça qayıdıb.“Marca” nəşri xəbər verir ki, komandanın baş məşqçisi Ernesto Valverde zədənin ciddi olmayacağına və Messinin fevralın 6-da İspaniya Kubokunun yarımfinalında Madrid “Real”ına qarşı keçiriləcək ilk oyunda iştirak edə biləcəyinə ümid bəslədiyini bildirib.

“Mən dəqiq bilmirəm ona nə olub. Ola bilsin ki, kiçik narahatçılığı var. Hazırda həkimlərin qərarını gözləmək lazımdır. Ola bilsin ki, hər şey o qədər də pis deyil, lakin konkret nəsə deyə bilmərəm”, - deyə baş məşqçi bildirib.oxu.az

Xəbər xətti