Ukraynanın Xalq artisti, Rusiyanın məşhur ulduzu Ani Lorakla əri Murad Nalçacıoğlu rəsmən boşanıb.
İş adamı ilə sənətçinin məhkəmə iclası yanvarın 31-də baş tutub. Kiyevin Şevçenko rayon Məhkəməsi cütlüyün ailə bağlarını birdəfəlik ayırıb. Məhkəmə cəmi beş dəqiqə çəkib. Görüşdə yalnız boşanma məsələsi müzakirə edilib.
Cütlüyün yeddi yaşlı qızı Sofiyanın valideynlik hüququ və əmlak bölünməsi məsələlərinin müzakirəsi isə növbəti prosesdə həll olunacaq.
Hazırda Sofiya anası ilə Moskvada yaşayır.
Qeyd edək ki, cütlük 2009-cu ildə ailə qurub. Ötən yay Muradın arvadına ukraynalı model Yana Belyaevo ilə xəyanət etdiyi ortaya çıxıb.