Boks üzrə gənclərdən ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasından “Report”a verilən məlumata görə, yığma Əsgər Eyvazova həvalə edilib. 58 yaşlı mütəxəssis bu postda əsas komandanın “sükanı arxasına” keçən Vaqif Şirinovu əvəzləyib.