"Bilirdik ki, "Qarabağ"la oyun asan olmayacaq" – "Şaxtyor"un baş məşqçisi

18:32 - 26 Yanvar 2019 - İDMAN

“Yaxşı oyun keçirdik. Xüsusilə ilk hissədə planlaşdırdığımız bütün tapşırıqları yerinə yetirdik”.

Bu sözləri Donetsk “Şaxtyor”unun baş məşqçisi Paulu Fonseka klubun rəsmi saytına açıqlamasında deyib. Bu gün Antalyada “Qarabağ”a 3:1 hesabı iləqalib gəldikləri yoxlama oyunundan danışan mütəxəssis komandasından razı qalıb:

“Qeyd edim ki, bizə qarşı yaxşı təşkilatlanmış komanda oynadı. Onların “Vorskla” və “Sportinq”lə matçlarını izləmək imkanım olmuşdu. Bilirdik ki, asan olmayacaq. Çünki “Qarabağ” güclü komandadır. Avrokubolarda çıxış edirlər. Təəssüf ki, hava şəraiti bu gün kifayət qədər pis idi. Amma oyundan razı qaldım”.qol.az

Xəbər xətti