İtaliyanın “Yuventus” klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo bu gün İspaniyada məhkəmə qarşısına çıxıb.
Futbolçu vergidən yayınma ittihamı ilə əlaqədar cavab verməli olub. K.Ronaldo ittihamları qəbul edərək 18,8 milyon avro məbləğində cəriməni ödəməyə razı olub.
Əks halda futbolçu 23 ay müddətinə həbs cəzasına məhkum edilə bilərdi.
Bununla belə, K.Ronaldonun müəyyən müddət ərzində ictimai işlərlə məşğul olacağı bildirilib.trend