"Qarabağ"dan ayrılacağı gözlənilən islandiyalı qapıçı Hannes Halldorsson karyerasını ölkəsində davam etdirə bilər.
Bu barədə İslandiyanın "futbolti.net" saytı məlumat yayıb. Bir müddətdir "Valur" klubu ilə danışıq aparan 34 yaşlı qolkiperin son çempionla anlaşdığı bildirilir. İddiaya görə, təcrübəli qolkiper artıq İslandiya klubunun təklifini qəbul edib. Xəbərdə Halldorrsonun "Reykyavik" komandasından da dəvət aldığı, ancaq daha yaxşı şərtlər irəli sürən "Valur"u seçdiyi qeyd olunub.
İslandiya millisininin üzvünün meneceri Olafur Qarrdarsson Hannesin yerli və əcnəbi klublardan təklif aldığını tədiqləsə də, rəsmi müqavilə imzalanmadığını söyləyib: "Halldorsson bir müddətdir "Valur"la danışıq aparır. Onun məsələsi yaxın günlərdə öz həllini tapa bilər. Hannesə İsveç, Norveç və digər ölkələrdən də maraq var. Amma onun "Qarabağ"la hələ 18 aylıq müqaviləsi var. Azərbaycan klubunun Halldorssonu buraxması üçün xeyli iş görmək lazımdır. İslandiya klublarından daha çox "Reykyavik" və "Valur" Hannesi heyətinə qatmaq istəyir. Amma hələlik heç bir müqavilə imzalanmayıb".
Qeyd edək ki, Halldorsson bu mövsümün əvvəlində Danimarkanın "Randers" klubundan "Qarabağ"a keçib.qol.az