Rusiyanın Omsk vilayətinin polis idarəsinə Yamalo-Nenetski muxtar vilayətinin sakini olan qadın müraciət edərək bildirib ki, keçmiş qayınanası onun iki övladını oğurlayıb.
Bununla bağlı Rusiyanın Federal Xəbər Agentliyi mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, 1962-ci il təvəllüdlü azərbaycanlı qadın Omsk vilayətində həbsdə olan oğluna baş çəkməyə hazırlaşıb. Bunun üçün o, 2011 və 2013-cü il təvəllüdlü olan iki nəvəsini götürərək, yanvarın 5-də qatara əyləşib.
Yanvarın 6-dan isə onlardan heç bir xəbər alınmayıb. Sonuncu dəfə qadını nəvələri ilə birlikdə yanvarın 9-da Dağıstanın Qızılyurd şəhərində görüblər.
Faktla bağlı araşdırmalara başlanılıb.oxu.az