Azərbaycana “donuz qripi”nə qarşı peyvənd gətirilib? - AÇIQLAMA

11:32 - 11 Yanvar 2019 - Xəbər

Azərbaycana “donuz qripi”nə (H1N1 virusu) qarşı peyvənd gətirilməyib.

Ucnoqta.az xəbər verir ki, Səhiyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda mövsümi qripin səviyyəsi ötən illərlə müqayisədə çox aşağıdır: “Ümumiyyətlə, “donuz qripi” vaksinasiyası yoxdur. Ümumi qrip vaksinasiyası var ki, o da Azərbaycanda planlı şəkildə həyata keçirilməyib”.
“Mövsümi qrip əleyhinə peyvənd var, istənilən vətəndaş özünü klinikalarda peyvənd etdirə bilər”, - deyə nazirlikdən qeyd edilib.

Qeyd edək ki, bəzi saytlarda Azərbaycana “donuz qripi”nə (H1N1 virusu) qarşı peyvənd gətirilməsi barədə məlumat yayılıb. 

Xəbər xətti