İspaniya kubokunun 1/8 finalında daha bir sensasiya gerçəkləşib.
İspaniya çempionatının lideri “Barselona” Valensiya şəhərində “Levante”yə uduzub – 1:2. Düzdür, bu məğlubiyyətdə kapitan Jerar Pike, argentinalı Lionel Messi, uruqvaylı Luis Suares, xorvatiyalı İvan Rakitiç kimi futbolçuların heyətdə yer almaması da böyük rol oynayıb. Cavab oyunu bir həftə sonra Barselonada keçiriləcək.
Qeyd edək ki, iki gün əvvəl “Valensiya” da Xixon səfərində “Sportinq”ə 1:2 hesabı ilə uduzub, Madrid “Atletiko”su isə Kataloniyada “Jirona” ilə 1:1 oynayıb. oxu.az