Dünyanın ən zəngin adamı Ceff Bezos boşanıb.
Oxu.Az xəbər verir ki, o bu barədə özünün “Twitter” səhifəsində yazıb. Bezos bildirib ki, boşanma qərarına rəğmən, həyat yoldaşı ilə dostluq münasibətlərini qoruyub saxlayacaq.
Qeyd edək ki, Ceff Bezosla Makkenz Tattl 1993-cü ildə ailə qurublar.
C. Bezosun varidatı 160 milyard dollar dəyərləndirilir.