Milyonçunun arvadını qaçırdılar - 9 milyon istəyirlər

15:44 - 9 Yanvar 2019 - Xəbər

Norveçdə ölkənin ən zəngin insanlarından olan milyoner Tom Hagenin həyat yoldaşı oğurlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, milyonerin 68 yaşlı arvadı Anna Yelizabet Falkevik Hagen dekabrın 31-də yaşadığı evdən qaçırılıb. Cinayətkarlar qadını geri qaytarmaq üçün 9 milyon avro dəyərində kriptovalyuta tələb ediblər.
Polis ailəyə tələbi yerinə yetirməməsini məsləhət görüb.

Qadının axtarışına nəinki polis, həmçinin kriminal polis, Avropol və İnterpol da qoşulub. 


Xəbər xətti