Gömrükçülər Gürcüstan vətəndaşında narkotik aşkarlayıb

12:38 - 9 Yanvar 2019 - Xəbər

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal nəzarət xəttinə Gürcüstan istiqamətindən daxil olan bu ölkə vətəndaşının idarə etdiyi "Mercedes-Benz 250D" markalı avtomobilə gömrük baxışı keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin arxa sağ qapısında, kül qabının içərisində 2 ədəd bükümdə ümumi çəkisi 2 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


 

Xəbər xətti