"Lester" "Qarabağ"ın müdafiəçisi Vild-Donald Geryedən əl çəkmir. Ucnoqta.az Matç.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Fransa mətbuatı yayıb.
Bildirilir ki, müdafiə xəttindəki alternativi artırmaq istəyən Premyer Liqa təmsilçisi sol cinah üçün məhz Haiti millisinin üzvünü düşünür. Geryenin "Qarabağ"ın heyətində avrokuboklardakı çıxışını bəyənən ingilislər onun keçidi üçün hərəkətə gəlməyə hazırlaşır. Həmkarlarımız "Lester" rəhbərliyinin Azərbaycan çempionu ilə təmasa keçməyə hazırlaşdığını iddia edib.
Çempionlar Liqasının qrup mərhələsində iştirak edən ilk haitili Gerye üçün bir neçə gün əvvəl "Lester"in 5 milyon avroluq təklif hazırladığı yazılmışdı. Onun "Qarabağ"la müqavilə müddəti gələn ilin yayına qədər olduğundan, ingilislər ilk olaraq Ağdam klubunu keçidə razı salmalıdı.
Qeyd edək ki, Vild-Donald Gerye "Qarabağ"a 2017-ci ilin yayında "Alanyaspor"dan keçib.