2018-ci ildə Afrika qitəsinin ən yaxşı futbolçusu adına İngiltərənin "Liverpul" klubunun misirli yarımmüdafiəçisi Məhəmməd Salah layiq görülüb.
Bu barədə Afrika Futbol Konfederasiyasının rəsmi "Twitter" səhifəsi məlumat yayıb. Salah Dakar şəhərində keçirilən təntənəli mərasim zamanı ən yaxşı futbolçu hesab edilib.
Misir yığmasının futbolçusu bu mükafat uğrunda mübarizədə seneqallı həmklubu Sadio Mane və London "Arsenal"ının qabonlu hücumçusu Pyer-Emerika Obameyanqı qabaqlayıb.
Salah ikinci il ardıcıl olaraq sözügedən mükafata layiq görülür, halbuki Mane və Obameyanq ötən il də ilk üçlüyə daxil idi.
26 yaşlı Salah 2018-ci ildə 36 oyuna 32 qol vurmaqla İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olub. Cari mövsümdə onun hesabında 13 qol var və Salah bombardirlər yarışmasında üçüncü yerdə qərarlaşıb.report