Diqqət! Bu yolda rənglənmə işləri aparılacaq

15:48 - 8 Yanvar 2019 - Xəbər

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcürstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

 "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə, işlər yanvarın 9-dan 15-nə kimi davam etdiriləcək .
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər xətti