Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb- Foto

10:59 - 8 Yanvar 2019 - Xəbər

Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, yanvarın 7-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların Füzuli rayon sakinləri Yavər Rəhimov, Təvəkkül Şıxəliyev, Firqət Muradov, Elyar Eyvazov və Rasim Kərimov olduqları müəyyən edilib.
Onlardan 2 ədəd “TOZ-63”, “İJ-58”, “MR-155” və müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd dovşan götürülüb.

Araşdırma aparılır.

Xəbər xətti