Yanvarın 6-da bu ilin ilk Günəş tutulması olacaq

10:25 - 4 Yanvar 2019 - Xəbər

2019-cu ilin ilk Günəş tutulması qismən olacaq və yanvarın 6-na təsadüf edəcək.

Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 03:34-də başlayacaq və 07:49-da başa çatacaq. Günəş tutulması Şimal-Şərqi Asiya, Sakit okeanının şimal hissəsi - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdən aydın görünəcək.

Xəbər xətti